Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı cüdoçu Ramil Qasımov ( 66 kq) Banqkokda keçirilən Ümumdünya Universiadasının finalına yüksəlib.
Yarımfinalda idmançımız misirli Əhməd Abuelkeri məğlub edib və indi qızıl mükafatın bir addımlığındadır. Maraqlıdır ki, faraonlar ölkəsinin təmsilçisi ilə görüşdə Ramil yenə vaxtından əvvəl qələbə qazanıb. Bu döyüş cəmi 2,5 dəqiqə çəkib.
Finalda Ramilin rəqibi ispaniyalı Siqoi Uriarte olacaq. Qeyd edək ki, finalın nəticəsindən asılı olmayaraq, idmançımız yığmamızın Universiadasındakı medallarının hesabını açıb. Cüdoçularımızdan fərqli olaraq, taekvondoçularımız burada medal qazana bilməyiblər.