...

On yeddi yaşlı QİÇS xəstəsini ictimatyyətə tanıdan təşkilat rəhbəri şantaja görə həbs olunub

Cəmiyyət Materials 18 Avqust 2007 12:14 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Uşaq Evlərinə Qayğı İctimai Birliyinin rəhbəri Sahib Teymurov Lənkəran şəhərindəki uşaq evinin rəhbərindən şantaj yolu ilə rüşvət alarkən saxlanılıb.

Bu barədə şənbə günü Trend ə məlumat verən Nəsimi rayon prokuroru Aqşin Ziyadov bildirib ki, hüquq-mühafizə orqanlarına Teymurovun ayrı-ayrı şəxslərə hədə-qorxu gələrək pul tələb etməsi ilə bağlı xeyli sayda şikayətlər daxil olubmuş. Teymurov Nəsimi Rayon Polis İdarəsi tərəfindən həbs olunub və barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb. Teymurov barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Bayıldakı 1 saylı İstintaq Təcridxanasına köçürülüb.

Teymurov 200 nəfərə yaxın şəxsi QİÇS-ə yoluxdurduğunu deyən 17 yaşlı Elnarə Əhmədovanı ictimaiyyətə tanıdıb. Əhmədova 2003-cü il avqustun 18-də Ramana Qapalı Tipli Dəri Zöhrəvi Xəstəxanasına daxil olub və xəstə kimi qeydiyyata götürülüb. Həmin il avqustun 28-də mərkəzin həkimi Ramanaya gələrək epidemioloji araşdırma aparıb və xəstəyə xəbərdarlıq edib. Son 2 ildə onun haqda heç bir məlumat olmayıb. Aparılan axtarışlar nəticə verməyib. Bu il iyulun 8-də "Ümid yeri" uşaq evindən xəstənin orada olması haqda məlumat QİCS mərkəzinə daxil olub. Bir gün sonra Uşaq Evlərinə Qayğı İctimai Birliyinin sədri Teymurov və Nəsimi rayon 21-ci polis bölməsi tərəfindən xəstə QİCS mərkəzinə gətirilib.

Xəbər lenti

Xəbər lenti