...

Bakıda UEFA-nın məşqçi seminarları başladı

Cəmiyyət Materials 20 Avqust 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Safarov/ Avqustun 20-də "Şəfa" stadionunda UEFA-nın himayəsi altında "A" kateqoriyalı məşqçi seminarları başlayıb.

Trend in verdiyi məlumata görə, seminarı giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov artıq yanvar ayında Bakıda "B" kateqoriyalı kursların keçirildiyini bildirib. O, builki seminarın daha yüksək səviyyədə keçiriləcəyini deyib.

Seminarın rəhbəri UEFA-nın nümayəndəsi Zdenek Sivekdir. O, məşğələləri xüsusi yaradılmış elmi-metodiki qrupla bir yerdə aparır. Sentyabrda baş tutacaq bu kurslar məşqçilər proqramının ikinci mərhələsidir, burada müəllimlər təyin olunmuş imtahanları verdikdən sonra beynəlxalq sertifikat əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti