...

Azərbaycan boksçuları Kalininqrad turnirində çıxış edəcəklər

Cəmiyyət Materials 24 Avqust 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın boks üzrə yığma komandası avqustun 24-də Kalininqradda keçiriləcək "Yantar əlcəkləri" ənənəvi beynəlxalq turnirində iştirak edəcəklər.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin verdiyi məlumata görə, heyətə Ceyhun Abiyev ( 48 kq), Samir Məmmədov ( 51 kq), Elşən İsmaylov ( 54 kq), Şahin İmranov ( 57 kq), Romal Amanov ( 60 kq), Emil Məhərrəmov, Farhad Acalov (ikisidə 64 kq), Ruslan Xairov ( 69 kq), Rahib Bəylərov ( 75 kq), Cavid Tağıyev ( 81 kq), Elçin Əlizadə ( 91 kq), Vüqar Babayev və Azər Məmmədov (+ 91 kq) daxildir.

Azərbaycanlı əlcək ustaları üçün Kalininqrada səfər oktyabrda Çikaqoda keçiriləcək dünya çempionatı öncəsi hazırlıq və lisenziya xarakterli olacaq.

Xəbər lenti

Xəbər lenti