...

Azərbaycan Dövlət İrəvan Teatrı qastrola hazırlaşır

Cəmiyyət Materials 25 Avqust 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Bu il Azərbaycan Dövlət İrəvan Teatrını bir çox maraqlı hadisələr gözləyir. "TrendLife"ın verdiyi məlumata görə, bu il İrəvan Teatrına bina verilməsi barədə sərəncam imzalanıb. Lakin binanın harada olacağı tam dəqiq deyil. Bu haqda "TrendLife"a teatrın direktoru İftixar Piriyev xəbər verib. Teatrın direktoru onu da bildirib ki, bu mövsümdə onları Azərbaycanın rayonlarına qastrol səfərləri gözləyir. Əsas istiqamət isə Qarabağ zonasının şimal-qərb rayonlarına olacaq.

Xəbər lenti

Xəbər lenti