...

"Lada" Ulyanovsk əyləncə mərkəzinin direktoru Aslan Şərifov: "Azərbaycan estrada ulduzlarını Rusiyaya dəvət etmək sərf etmir"

Cəmiyyət Materials 27 Avqust 2007 12:51 (UTC +04:00)

Rusiya, Ulyanovsk, 27 avqust / "TrendLife" , müxbir Vüqar Vüqarlı/ Yavaş-yavaş aydın olmağa başlayır ki, Azərbaycan estrada ulduzları nəyə görə vətəndən kənarda tanınmırlar. Bu haqda "TrendLife"a Ulyanovsk vilayətində yaşayan həmyerlimiz Aslan Şərifov xəbər verib. Onun dediklərinə görə: "Azərbaycan estrada ulduzlarını Rusiyaya dəvət etmək sərf etmir. İş ondadır ki, Azərbaycan ifaçılarını bura dəvət etmək üçün çoxlu miqdarda vəsait lazımdır. Onların yol, burda qaldıqları yerlərin xərcini ödəmək lazımdır. Həm də onlar bura öz ansamblları ilə gələcəklər. Böyük konsert arenalarını kirayə götürməyin heç bir mənası yoxdur. Çünki Azərbaycan estrada ifaçılarını demək olar ki, Rusiyada heç kim tanımır. Rusiyada məşhur olmaq üçün ilk növbədə maddi vəziyyətin əla olmalıdır. Daha sonra bir neçə yüksək səviyyəli klip çəkdirməlisən, onu Moskva kanallarına "raskrutka"ya buraxmalısan. Bundan sonra konsertin təşkili barədə fikirləşmək olar".

Xəbər lenti

Xəbər lenti