...

Prokurorlar Avropa Məhkəməsinin president hüququnun tətbiqi təcrübəsini öyrənəcəklər

Cəmiyyət Materials 28 Avqust 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Prokurorluq orqanlarının əməkdaşları Avropa Məhkəməsinin president hüququnun tətbiqi təcrübəsini öyrənəcəklər. Baş Prokurorluqdan çərşənbə axşamı Trend ə verilən məlumata görə, sentyabrın 10-11-də "Avropa Şurası ilə insan hüquqları sahəsində əməkdaşlıq fəaliyyəti" layihəsi çərçivəsində prokurorluq orqanlarının əməkdaşlarına treninqlər keçiriləcək. Treninqdə Avropa Şurasının ekspertləri və yerli ekspertlər İnsan Haqları üzrə Avropa Konvensiyasının və Avropa Məhkəməsinin president hüququnun tətbiqi ilə bağlı məruzələrlə çıxış edəcəklər.

Baş prokuror "Cinayət təqibi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" əmr imzalayıb.

Xəbər lenti

Xəbər lenti