...

Sabiq iqtisadi inkişaf naziri öz vəkillərindən imtina edib

Cəmiyyət Materials 28 Avqust 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Cavadova/ Çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi davam etdirilib.

Məhkəmə iclasında F.Əliyev vəkilləri Əlimərdan Sadıqov, Ramiz Məmmədov, Elton Quliyev və İsaxan Aşurovun vəkil xidmətindən imtina edib. F.Əliyev bunu özünün və vəkillərinin hələ də cinayət işində olan ekspert rəyləri ilə tanış olmalarına məhkəmə tərəfindən şərait yaradılmaması ilə əlaqələndirib. F.Əliyev qeyd edib ki, məhkəmə iclası 3 aya yaxın davam etməsinə baxmayaraq, nə o, nə də vəkilləri İqtisadi İnkişaf Nazirliyində aparılmış ekspertizaların nəticələri ilə tanış deyil. Hazırda isə məhkəmədə ekspertlərin dindirilməsi mərhələsi başlanır. Sonra F.Əliyev məhkəmə işini işıqlandıran telekanalların nümayəndələrini tənqid edib. O bildirib ki, telekanal əməkdaşları zalda çəkiliş aparsalar da, sonradan köhnə kadrları efirə verirlər və məhkəmə iclasındakı müzakirələrin əvəzinə ittiham aktından sitatlar verirlər. Bu isə təqsirləndirilən şəxslərin hüquqlarının pozulması deməkdir. Hakim bildirib ki, o, məhkəmə iclasını işıqlandıran jurnalistlərin fəaliyyətinə müdaxilə edə bilməz.

Xəbər lenti

Xəbər lenti