...

Bakıda uçmuş binanın altında daha bir insan sağ çıxarılır

Cəmiyyət Materials 29 Avqust 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bakıda uçmuş binanın dağıntıları altından sağ qalmış daha bir şəxs çıxarılır. Bu barədə hadisə yerində olan Trend in müxbiri xəbər verir.

O, Astara rayon Ərcivan kənd sakini 25 yaşlı Sakit Feyziyevdir. Həkimlər onun yanına eniblər. Hazırda dağıntılar altında olan Feyziyevə ilkin tibbi yardım göstərilib. Həkim bildirib ki, yaralının səhhəti qənaətbəxşdir. Lakin onun bir ayağının üzərində ağır beton var.

Hazırda betonun qaldırılması üçün xilasetmə əməliyyatları aparılır, yaxın dəqiqətlərdə Feyziyevin dağıntılar altından çıxarılacağı gözlənilir.

Çərşənbə axşamı Bakıda Naxçıvani küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəsişməsində yeni tikilən hündürmərtəbəli bina çöküb.

Hələlik qeyri-rəsmi məlumatlara görə, dağıntılar altından 8 nəfərin cəsədi çıxarılıb, yaralılar isə xəstxanalara yerləşdirilir. Lakin rəsmi məlumatlarda beş nəfərin ölü çıxarıldığı, 4 nəfərin yaralı olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti