...

Oqtay Əliyev: "Biz efirdə müğənninin siqaret çəkməsini göstərmirik"

Cəmiyyət Materials 7 Sentyabr 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr / "TrendLife" , müxbir Vüqar Vüqarlı/ Hazırda əhalinin zövqünün korlanmasında yerli KİV-ləri, "maqazin" proqramlarını günahlandırırlar. "TrendLife"ın müxbiri bununla bağlı "SOY production"nın rəhbəri Oqtay Əliyevlə əlaqə saxlayıb və ona "Çal-Çağır" verilişinin belə söhbətlərdən kənar olması üçün siz nə edirsiniz?" sualı ilə müraciət edib.

"İş ondadır ki, biz etikadan kənar informasiyanı efirdə vermirik. Hətta bu informasiya doğru olsa belə. Həmçinin efirdə müğənninin siqaret çəkməsini də göstərmirik. Çünki bu, gənclərin tərbiyyəsinə mənfi təsir göstərir" - deyə Əliyev "TrendLife"ın bu sualını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti