...

"Xalq ulduzu"nun qalibi vədini reallaşdıra bilməyib

Cəmiyyət Materials 7 Sentyabr 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr/ "TrendLife" , müxbir Fəridə Məhərrəmqızı/ "Xalq ulduzu" mümsabiqəsinin qalibi Eldəniz Məmmədov Füzuli rayonundakı "N" saylı hərbi hissədə konsert verməklə bağlı vədini hələlik reallaşdıra bilməyib. Xatırladaq ki, Məmmədov final gecəsi "Birinci yeri tutsam, qazanacağım 10 min manatın bir hissəsini əsgərlər üçün konsertin təşkilinə xərcləyəcəyəm" demişdi.

"TrendLife"a açıqlamasında Məmmədov 10 min manatı artıq xərcləyib qurtardığını, lakin hərbi hissədə konsert təşkil edə bilmədiyini deyib. "Amma mən söz vermişəm və tezliklə vədimə əməl edəcəyəm. Yaxın vaxtlarda "Xalq ulduzu"nun iştirakçıları ilə birgə hərbi hissələrdən birinə gedib nəinki konsert verəcəyəm, həm də əsgərlər üçün ziyafət təşkil edəcəyəm. Vətənin keşiyində dayanan hərbçilərimizin birgünlük də olsa şənlənməsinə nail olmaq istəyirəm".

Məmmədovun sözlərinə görə, o, yaradıcılığını yalnız xalq mahnıları ilə davam etdirəcək, estrada mahnıları isə heç vaxt oxumayacaq. Müğənni Zeynəb Xanlarovanın repertuarından oxuduğu "Sənsən" mahnısına klip çəkdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti