...

U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində "Könüllülük" Proqramının təqdimatı keçirilib (FOTO)

İdman Materials 30 Yanvar 2012 14:55 (UTC +04:00)
Lənkəran Gənclər Evində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində "Könüllülük" Proqramının təqdimatı keçirilib.
U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində "Könüllülük" Proqramının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Lənkəran Gənclər Evində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində "Könüllülük" Proqramının təqdimatı keçirilib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir iştirakçıları 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına hazırlıq və "Könüllülük" proqramı barədə geniş məlumat əldə ediblər.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin planlarına əsasən, çempionata yerli və xarici olmaqla 1000-ə yaxın könüllünün cəlb edilməsi nəzərdə tutulub.

Xəzər-Lənkəran stadionunda DÇ-nin 2 oyununun keçirilməsi nəzərdə tutulub. Lənkəran könüllüləri də yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə köməklik göstərəcəklər.

Beynəlxalq könüllülər komandasında üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dillərini bilmək kifayətdir. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs www.fifa.com/azerbaijan2012 linkinə keçid edərək daha ətraflı məlumat əldə edə bilər və qeydiyyat formasını doldurub [email protected] e-mail ünvanına "FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012/Könüllülük" başlığı altında yollaya bilərlər.

DÇ-də könüllü kimi iştirak edəcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün ali təhsil müəssisələrində, QHT-lərdə, səfirliklərdə, şirkətlərdə və bu kimi digər qurumlarda yanvar ayından başlayaraq mütəmadi təqdimatlar keçirilir.

Xəbər lenti

Xəbər lenti