...

Futbol üzrə Azərbaycan çempionatının oyunlarında lazımi təhlükəsizlik tədbirləri görülür

İdman Materials 2 Fevral 2012 12:49 (UTC +04:00)
Azərbaycanın Unibank Premyer Liqasının oyunlarında azarkeşlər arasında qarşıdurmanın baş verməməsi üçün lazımi təhlükəsizlik tədbirləri görülür. Bunu cümə axşamı Trend-ə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Futbol üzrə Azərbaycan çempionatının oyunlarında lazımi təhlükəsizlik tədbirləri görülür

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Unibank Premyer Liqasının oyunlarında azarkeşlər arasında qarşıdurmanın baş verməməsi üçün lazımi təhlükəsizlik tədbirləri görülür. Bunu cümə axşamı Trend-ə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

"Misir stadionunda baş verən hadisə Azərbaycanda təkrarlana bilməz. Çempionatın oyunlarında gərginlik öncədən bilinir və təhlükəsizlik polislər tərəfindən qorunur, ehtiyac olarsa, Daxili Qoşunların əsgərləri cəlb olunur", - Musayev əlavə edib.

Qeyd edək ki, dünən Misir çempionatında keçirilən "Əl Məsri" - "Əl Əhli" matçı faciə ilə başa çatıb. Görüşdən sonra azarkeşlərin meydançaya daxil olması nəticəsində yaranan qarşıdurmada 74 nəfər ölüb, 1000-dən artıq insan isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti