...

Azərbaycan akrobatları dünya kuboku mərhələsinin mükafatçıları olublar

İdman Materials 5 Mart 2012 14:04 (UTC +04:00)
Azərbaycanın Afaq Məhərrəmli-Pərizad Quliyevadan ibarət qadın akrobat dueti Portuqaliyanın Mayya şəhərində keçirilən dünya kuboku mərhələsinin mükafatçıları olublar.
Azərbaycan akrobatları dünya kuboku mərhələsinin mükafatçıları olublar

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycanın Afaq Məhərrəmli-Pərizad Quliyevadan ibarət qadın akrobat dueti Portuqaliyanın Mayya şəhərində keçirilən dünya kuboku mərhələsinin mükafatçıları olublar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin bazar ertəsi Trend-ə verdiyi məlumata görə, duetimiz balans tapşırığının icrasından sonra ikinci yerdə qərarlaşıb. Hərəkətlərdə xırda səhvlər nəticəsində templi kombinasiyanın nümayişi zamanı musiqi ahəngi ilə uyğunsuzluq yaranıb. Yekunda Bakı Gimnastika Məktəbinin yetirmələri finala üçüncü pillədən çıxa biliblər.

Bununla belə duetimiz həlledici kombinasiyalı tapşırığa daha toparlanmış şəkildə yanaşıb. Bunun da məntiqi nəticəsi kimi idmançılarımız finalda ancaq Belarus cütlüyünə 0,5 bal uduzaraq ikinci yeri tutublar.

Beynəlxalq dərəcəli hakim İradə Qurbanova qeyd edib ki, Afaq və Pərizadı bu yarışlara psixoloji cəhətdən hazırlayan Leyla Mehdizadənin məşqçı debütünü də uğurlu hesab etmək olar.

"Fikrimcə, qızlar daha da yaxşı çıxış edə bilərdi, lakin onlar dünya kuboku iştirakçıları sırasına birinci dəfə qoşulublar! Onları qarşıda Azərbaycan birinciliyində iştirak gözləyir. Birincilik Novruz bayramı ərəfəsində keçiriləcək. Ardından ABŞ-da apreldə keçiriləcək dünya çempionatı öncəsi toplanışlar nəzərdə tutulub", - Qurbanova qeyd edib.

Xəbər lenti

Xəbər lenti