...

Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının vitse-prezidenti Bakıda səfərdədir

İdman Materials 29 Mart 2012 10:40 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının (İFSС) vitse-prezidenti Aleksandr Pirantinski Bakıya işgüzar səfərə gəlib.
Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının vitse-prezidenti Bakıda səfərdədir

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir M.Əliyev/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının (İFSС) vitse-prezidenti Aleksandr Pirantinski Bakıya işgüzar səfərə gəlib. Trend-in məlumatına görə, bu barədə Hava və Ekstremal İdman Növləri Federasiyasından cümə axşamı bildirilib.

Səfər zamanı Pirantinski Azərbaycan Milli Olimpiya Komitəsində, Azərbaycan Gənclər və İdman Nazirliyində, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasında bir sıra işgüzar görüşlər keçirəcək. Səfər proqramı çərçivəsində onun qayayadırmanma idman növü üzrə hakimlərə, təlimçilərə və idmançılara bir neçə master-klass keçəcəyi də nəzərdə tutulur.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının üzvüdür.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2013-cü ildə Qayayadırmanma üzrə Dünya Kubokunun mərhələ yarışlarının Bakıda keçirilməsi üçün Beynəlxalq İdman Qayayadırmanma Federasiyasına müraciət edib və bu müraciətə müsbət istiqamətdə baxılır.

Xəbər lenti

Xəbər lenti