...

Azərbaycan yığması Türkiyə komandası ilə qarşılaşacaq

İdman Materials 30 Mart 2012 17:42 (UTC +04:00)
V Beynəlxalq "Prezident kuboku" turnirində iştirak edəcək komandaların siyahısında dəyişiklik baş verib.
Azərbaycan yığması Türkiyə komandası ilə qarşılaşacaq

Azərbaycam, Bakı, 30 mart /Trend/

V Beynəlxalq "Prezident kuboku" turnirində iştirak edəcək komandaların siyahısında dəyişiklik baş verib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, aprelin 27-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında V Beynəlxalq "Prezident kuboku" turniri keçiriləcək. Turnirdə iştirak edəcək komandaların siyahısında dəyişiklik baş verib.

B qrupunda yığmamızla mübarizə aparmalı olan Çin komandasının əvəzinə "Prezident kuboku"nda Türkiyə yığması çıxış edəcək. Turnirin təqvimi:

A qrupu
Qazaxıstan
Macarıstan
Türkmənistan
Ermənistan

B qrupu
Türkiyə
Azərbaycan
İran
Gürcüstan

Xatırladaq ki, 2011-ci ildə keçirilmiş "Prezident kuboku"nun qalibi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması olub.

Xəbər lenti

Xəbər lenti