...

Misirdə stadiondakı iğtişaşlara görə təqsirləndirilənlər məhkəmə qarşısına çıxacaqlar

İdman Materials 1 Aprel 2012 10:50 (UTC +04:00)
Misirin Port-Səid şəhərində futbol matçından sonra baş vermiş iğtişaşlara görə təqsirləndirilən 75 nəfər aprelin 17-də məhkəmə qarşısına çıxacaqlar
Misirdə stadiondakı iğtişaşlara görə təqsirləndirilənlər məhkəmə qarşısına çıxacaqlar

Azərbaycan, Bakı, 1 aprel / Trend /

Misirin Port-Səid şəhərində futbol matçından sonra baş vermiş iğtişaşlara görə təqsirləndirilən 75 nəfər aprelin 17-də məhkəmə qarşısına çıxacaqlar.

Trendin məlumatına görə, bu barədə İTAR-TASS Mena agentliyinə istinadən xəbər verir.

Təqsirləndirilənlər arasında güc strukturlarının doqquz yüksək vəzifəli şəxsləri, həmçinin üç "Əl-Masri" klubunun üzvü var. Məhkəmə Qahirə şəhərində keçiriləcək.

Xatırladaq ki, Misirin paytaxtı Qahirədən şimalda yerləşən Port-Səid şəhər stadionunda fevralın 1-i "Əl-Masri" və "Əl-Əhli" klubları arasında futbol matçından sonra baş verən kütləvi dava zamanı 74 nəfər həlak olmuş, 250 nəfər xəsarət almışdı. Bu olaydan sonra Misirdə günahkarları cəzalandırmaq tələbi ilə bir sıra etiraz aksiyaları keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti