...

Bəhram Bağırzadə: Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi maskotunun adını mən təklif etmişəm

İdman Materials 12 Aprel 2012 14:32 (UTC +04:00)
FIFA diqqətli seçimdən sonra U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi maskotunun ən yaxşı adını - "Top-Top xanım"ı seçərək təsdiqləyib. Bu adı "Bakılı oğlanlar" ŞHK-nın məşhur iştirakçısı Bəhram Bağırzadə fikirləşib.
Bəhram Bağırzadə: Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi maskotunun adını mən təklif etmişəm

Azərbaycan, Bakı, 12 aprel / Trend, müxbir V.İmanov /

FIFA diqqətli seçimdən sonra U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi maskotunun ən yaxşı adını - "Top-Top xanım"ı seçərək təsdiqləyib. Bu adı "Bakılı oğlanlar" ŞHK-nın məşhur iştirakçısı Bəhram Bağırzadə fikirləşib. Bu barədə rəsmən aprelin 13-də elan ediləcək.

Trend Bəhram Bağırzadə ilə görüşməyə nail olub və o, bu böyük hadisəni belə şərh edir:

- Üç ay əvvəl öyrəndim ki, AFFA 2012-ci ildə keçiriləcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının simvolunun ən yaxşı adı üzrə müsabiqə elan edib. Başqalarından fərqli olaraq tənbəllik etmədim, öz versiyamı fikirləşib tapdım və göndərdim - "Top-Top xanım". Doğrusunu desəm, qələbəyə ümid etmirdim. Ona görə də, AFFA-nın baş katibi Elxan Məmmədov məni futbol federasiyasına dəvət edəndə və FIFA-nın onlarla ad arasından mənimkini təsdiqlədiyini elan edəndə, bu, mənim üçün xoş bir sürpriz oldu.

- Sizdə bu adla bağlı ideya necə yarandı?

- Azərbaycan dilində belə bir ifadə var: "top-top oynamaq", yəni, topla oynamaq. Lakin topun daha bir, mənim üçün sözün rəmzi mənasında "top" mənası var və mən ümid edirəm ki, bizim yığmamız çempionatda uğurla "atəş açacaq". Bununla yanaşı, "top" sözü Avropa dinləyicisi üçün adi və anlaşıqlı olan yüksəklik, uca nöqtə deməkdir. Mən bütün bu mənaları birləşdirməyi qərara aldım və mənim bəxtimdən, o keçdi!

- Bu qələbəyə görə hansı hissləri keçirirsiniz?

- Xoşbəxtəm ki, azad, demokratik Azərbaycanda yaşayıram. Və çox şadam ki, bu obyektiv, şəffaf seçim nəticəsində mən - bu müsabiqə barədə saytdan oxuyan və qələbə qazanacağına qəti ümid etmədən öz versiyasını göndərən sıravi vətəndaş birdən FIFA-dan dəvət aldım! Fəxr edirəm ki, ölkəmdə intellektual əmək layiqincə qiymətləndirilir. Ümid edirəm ki, gələcək çempionat ölkəmizdə başqa beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi üçün təkan olacaq. Əminəm ki, idmanın inkişafına böyük dəstək göstərən ölkə rəhbərliyinin yorulmaz fəalliyyəti sayəsində mənim bütün həmvətənlərimin arzuları həyata keçəcək və futbol üzrə növbəti sünya çempionatı və 2020-ci il Yay Olimpiya Oyunları Azərbaycanda keçiriləcək!

Qeyd edək ki, FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi maskotunun adı aprelin 13-də, saat 11:30-da Bakı Expo Mərkəzində keçirilən 11-ci Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində elan ediləcək.

Xəbər lenti

Xəbər lenti