...

"Neftçi" Lənkəranda çempionluğu bayram edə bilər

İdman Materials 22 Aprel 2012 10:00 (UTC +04:00)
Bu gün Unibank Premyer Liqasının XXIX turunda ölkə çempionunun adına aydınlıq gələ bilər.
"Neftçi" Lənkəranda çempionluğu bayram edə bilər

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Bu gün Unibank Premyer Liqasının XXIX turunda ölkə çempionunun adına aydınlıq gələ bilər. Trend-in məlumatına görə, ən yaxın izləyicisi ilə xal fərqini 10-a çatdıran "Neftçi" bunun üçün səfərdə "Xəzər Lənkəran"ı məğlub etməlidir.

"Neftçi" qalib gəlməsə də çempion ola bilər. Belə ki, "Böyük oyun"da heç-heçə qeydə alınarsa, "Neftçi" "Qarabağ" və "İnter"in qələbə qazanmayacağı təqdirdə də çempion olacaq. Əgər bu iki komanda məğlub olarsa və ya heç-heçə edərsə, paytaxt təmsilçisi Lənkəranda çempionluğu qeyd edə bilər.

Digər bir versiya da var. "Neftçi" "Xəzər Lənkəran"a uduzsa belə, lənkəranlılar qələbəni bayram etdiyi vaxtda bakılılar çempionluq sevincini yaşaya bilərlər. Bunun üçün "Qarabağ"ın xal, "İnter"in qələbə qazanmaması lazımdır.

Aprelin 22-də baş tutacaq digər 2 oyunda isə "Qarabağ" "Bakı"nı, "İnter" isə "Qəbələ"ni qəbul edəcək. İkinci altılıq çərçivəsində də bir matç keçiriləcək. Gəncə şəhər stadionunda "Kəpəz" AZAL ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti