...

Azərbaycanlı gimnastlar beynəlxaql turnirdə 21 medal qazanıblar

İdman Materials 23 Aprel 2012 13:35 (UTC +04:00)
Aprelin üçüncü ongünlüyündə Budapeştdə bədii gimnastika üzrə beynəlxalq turnirdə hamıdan çox medalı qarşıdakı "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi Bakıdan olan gimnastlar qazanıblar.
Azərbaycanlı gimnastlar beynəlxaql turnirdə 21 medal qazanıblar

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Aprelin üçüncü ongünlüyündə Budapeştdə bədii gimnastika üzrə beynəlxalq turnirdə hamıdan çox medalı qarşıdakı "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi Bakıdan olan gimnastlar qazanıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Mükafatların ən böyük hissəsi, yəni 13 medal 14-15 yaşlı yeniyetmələrin payına düşüb. Onlardan ən başlıcası komanda (Mənsurə Bağıyeva, Mariona Durunda, Gülsüm Şəfizadə və Nilufər Niftəliyeva) birinciliyində qazanılan qızıl medaldır.
Bununla yanaşı, Bağıyeva halqa ilə finalda sözsüz qalib gəlib, Durunda topla yarışda ən yaxşı rəqib olub, Şəfizadə lentlə hərəkətlərdə "master-klas" nümayiş etdirib, yalnız Niftəliyeva gürzlərlə yarışda ikinci olub.

Onların komanda üzrə kiçik rəfiqələri də medalsız qalmayıb. Belə ki, Jalə Piriyeva (2000-ci il təvəllüdlü) çoxnövçülük üzrə turnirdə qalib gəlib, habelə halqa və lentlə hərəkətlərə görə gümüş mükafatın sahibi olub.

Onun həmyaşıdı Züleyxa İsmayılova yalnız lentlə finalda qələbənin sevincini yaşayıb. Topla çıxışında o ikinci yeri tutub, halqa və çoxnövçülükdə isə bürünc mükafat qazanıb.

Yuxarı yaş qrupundan olan gimnastlara gəlincə, burada sıraya qayıdan Zeynəb Cavadlı azarkeşləri sevindirib. Onun aktivində halqa və lentlə tapşırığa görə iki gümüş var. Özündən daha təcrübəli rəfiqələrindən fərqli olaraq, Lalə Yusifovada tam medal dəsti var: iki birinci yer (halqa və lent), iki ikinci yer (çoxnövçülük və top) və bürünc (gürzlərlə).

Fəxri kürsüyə cəmi bir dəfə qalxan yeganə gimnast Aişə Mustafayeva olub. O, topla hərəkətlərə görə üçüncü yerə çıxıb.
Milli komandanın baş məşqçisi Mariana Vasilyeva öz yetirmələrinin nəticələrindən məmnunluğunu ifadə edib.

"Avropa çempionatı ərəfəsində yeniyetmələrimiz təkcə yaxşı çıxış etmədilər, həm də mütəxəssislər tərəfindən yüksək qiymətləndirildilər. Marina Durunda yığmaya görə debütündə iki qızıl mükafat və topla çıxışına görə yüksək qiymət - 26.885 xal qazandı. Bir illik fasilədən sonra Aişə Mustafayeva məşqçi korpusunun gələcəkdə də ona ümid bəsləməkdə haqlı olduğunu anlatdı. Zeynəb Cavadlı yenə xalça üzərindədir və bu, nikbinlik gətirir. Lalə Yusifova isə sübut etdi ki, turnirdən-turnirə böyüyür və artıq özünə ad qazanır. Əminəm ki, bu yarışdan sonra yığmada sübutlar daha çox olacaq", - bolqar mütəxəssis deyib.

Xəbər lenti

Xəbər lenti