...

Azərbaycan Olimpiya Oyunlarına qazandığı lisenziya sayında rekordu təzələyə biləcək?

İdman Materials 23 Aprel 2012 15:30 (UTC +04:00)
Azərbaycanın 2012-ci il London Yay Olimpiya Oyunlarına qazandığı lisenziya sayında rekordu təzələyəcəyi şübhə doğurmur.
Azərbaycan Olimpiya Oyunlarına qazandığı lisenziya sayında rekordu təzələyə biləcək?

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın 2012-ci il London Yay Olimpiya Oyunlarına qazandığı lisenziya sayında rekordu təzələyəcəyi şübhə doğurmur.

Trend-in məlumatına görə, Azərbaycan London Olimpiya Oyunlarına lisenziyanın sayını 39-a çatdırıb.

Sonuncu 2 vəsiqə Beynəlxalq Su İdman Növləri Federasiyasından (FINA) 2 üzgüçümüzə "güzəştli kart" formasında verilib.

Qeyd edək ki, 2008-ci il Pekin olimpiadasına da ölkəmiz 39 lisenziya əldə etmişdi. Bu lisenziyalara 44 idmançımız yiyələnmişdi. İndi isə 39 vəsiqəni 40 təmsilçimiz qazanıb. Lakin təsnifat yarışları hələ davam etdiyindən, lisenziya sayında yeni rekordun müəyyənləşdiriləcəyi şübhə doğurmur. Ən azı 6 cüdoçumuzun bu siyahıya əlavə olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti