...

İran futbolda ABŞ-ı rüsvay etdi - 9:0

İdman Materials 4 May 2012 14:25 (UTC +04:00)
İran cümə axşamı Ukraynada keçirilən əlillər arasında futbol turnirində ABŞ komandasını darmadağın edib.
İran futbolda ABŞ-ı rüsvay etdi - 9:0

Azərbaycan, Bakı, 4 may /Trend, müxbirlər E.Tariverdiyeva, T. Cəfərov/

İran cümə axşamı Ukraynada keçirilən əlillər arasında futbol turnirində ABŞ komandasını darmadağın edib. Trend-in məlumatına görə, bu barədə cümə günü İranın Əlillər İdmanı Federasiyasının məlumatında deyilir.

İran futbolçuları rəqiblərini A qrupunun dünən keçirilən ilk oyununda 9:0 hesabı ilə məğlub ediblər. Bu qrupda, həmçinin Rusiya və Argentina komandaları mübarizə aparır. Bu gün İran millisi Rusiya yığması ilə qarşılaşacaq.

Əlil futbolçulardan ibarət futbol komandaları (start heyətində yeddi idmançı olur) arasında turnir Ukraynada mayın 3-8-də keçirilir.

İran yığmasının məşqçisi Əmin Allahmani turnirdən öncə bildirib ki, komandası tarixdə ilk dəfə çempion olmaq üçün olduqca yaxşı hazırlaşıb.

Xəbər lenti

Xəbər lenti