Azərbaycan, Bakı, 23 may /Trend/
Bu gün futbol üzrə Azərbaycan milli komandası Dünya Çempionatı 2014-ün seçmə mərhələsinə hazırlıq çərçivəsində növbəti yoxlama matçı keçirib.
Trend-in məlumatına görə, millimiz Şizuoka şəhərinin "Ekopa" stadionunda Yaponiya yığması ilə qarşılaşıb.
Matçda hesabı birinci hissənin son dəqiqələrində - 42-ci dəqiqədə Şinci Kaqava açıb. Yaponlar fasiləyə 1:0 üstünlüklə yollanıblar.
İkinci hissədə (58-ci dəq.) növbəti qol millimizin heyətində Aqil Nəbiyevdən gəlib. Futbolçu avtoqolla fərqlənib (2:0)
Millimizin start heyəti: 1. Kamran Ağayev, 3. Aqil Nəbiyev, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Cihan Özkara, 8. Aleksandr Çertoqanov, 11. Rauf Əliyev, 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 20. Ufuk Budak, 27. Əli Gökdəmir