...

Azərbaycan gimnastika yığmasının məşqçisi FIG-in beynəlxalq kateqoriyasını alıb

İdman Materials 24 May 2012 23:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Akrobatik gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Qurbanova Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının 3-cü dərəcəli beynəlxalq məşqçi kateqoriyasını alıb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.

Məlumata əsasən, seminarın digər iştirakçıları ilə yanaşı, o, həftəlik nəzəri kursu dinləyib və Vinnitsa şəhərində (Ukrayna) təşkil edilən praktiki imtahan verib.

İradə Qurbanova üçün bu kateqoriya artıq ikinci beynəlxalq rütbə olub. Bir neçə il əvvəl mütəxəssis hakim qismində 3-cü dərəcəli breve alıb və həmişə dünya və Avropanın böyük yarışlarında hakimlər kollegiyasına daxil olur.

Qurbanova Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının 3-cü dərəcəsini keçən ikinci Azərbaycan məşqçisi olub. Ondan əvvəl analoji rütbəyə ölkənin bədii gimnastika yığmasının məşqçisi Natalya Bulanova layiq görülüb.

Xəbər lenti

Xəbər lenti