...

UEFA-dan "Beşiktaş"a ağır zərbə

İdman Materials 30 May 2012 15:12 (UTC +04:00)
Trend-in Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, UEFA İntizam Komitəsinin qərarı ilə "Beşiktaş" bir il müddətinə Avropa kuboklarından kənarlaşdırılıb və klub 200 min avro məbləğində cərimələnib.
UEFA-dan "Beşiktaş"a ağır zərbə

Azərbaycan, Bakı, 30 may /Trend/

İstanbulun "Beşiktaş" klubu tarixi ərzində ən şok cəza ilə üzləşib.

Trend-in Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, UEFA İntizam Komitəsinin qərarı ilə "Beşiktaş" bir il müddətinə Avropa kuboklarından kənarlaşdırılıb və klub 200 min avro məbləğində cərimələnib.

Buna "Beşiktaş"ın UEFA-nın maliyyə ilə bağlı lizensiyalaşdırma şərtlərinə əməl etməməsi səbəb olub.

"Beşiktaş"ın öz futbolçularına və müxtəlif qurumlara külli miqdarda borcu var. Komandanın əcnəbi futbolçuları pullarını ala bilmədikləri üçün UEFA-ya şikayət ediblər.

Avroliqadan kənarlaşdırıldığı üçün "Beşiktaş"ı bu yarışda "Eskişehirspor" klubu əvəz edəcək.

"Beşiktaş"ın vitse-prezidenti Levent Ərdoğan qərarla bağlı İdman Arbitraj Məhkəməsinə şikayət edəcəklərini deyib.

Xəbər lenti

Xəbər lenti