...

AccessBank "Caspian Cup" turnirinə sponsorluq edib (FOTO)

İdman Materials 5 İyun 2012 17:33 (UTC +04:00)
"AccessBank" Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil olunan 17 yaşadək futbolçular arasında 29 may-4 iyun tarixlərində keçirilən 2-ci beynəlxalq "Caspian Cup" futbol turnirinin keçirilməsinə təşkilati dəstək verib.
AccessBank "Caspian Cup" turnirinə sponsorluq edib (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

"AccessBank" Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil olunan 17 yaşadək futbolçular arasında 29 may-4 iyun tarixlərində keçirilən 2-ci beynəlxalq "Caspian Cup" futbol turnirinin keçirilməsinə təşkilati dəstək verib.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yarışda 8 ölkənin milli yığma komandaları iştirak edib. "А" qrupunda Azərbaycan, Qazaxıstan, Litva və Qırğızıstan, "В" qrupunda isə Gürcüstan, Özbəkistan, Türkiyə və Yaponiya yığmaları mübarizə aparıb. Oyunlar iki meydançada - "Dalğa Arena" və "AZAL Arena" stadionlarında keçirilib.

Turnirin son günündə üçüncü yer uğrunda Qazaxıstan və Özbəkistan komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün oyunsonrası penalti seriyasının nəticələrinə əsasən Özbəkistan yığması turnirin bürünc mükafatçısı olub.

Finalda isə Azərbaycan və Gürcüstan yığmaları üz-üzə gəlib. Görüşdə yeganə topu 72-ci dəqiqədə gürcü futbolçu Revaz Baramidze vurub. Bununla da 1:0 hesabı ilə qalib gələn Gürcüstan yığması turnirin qalibi olub, Azərbaycan yığması isə gümüş medal qazanıb.

Turnirin sonunda futbolçular aşağıdakı nominasiyalarda mükafatlandırılıb: Turnirin ən yaxşı qapıçısı - Teimosi Şiraoka (Yaponiya), Turnirin ən sərrast futbolçusu - İbrahim Aripov - 5 qol (Qazaxıstan), Turnirin ən yaxşı futbolçusu - Luka Zarandiya (Gürcüstan) və "Fair Play" mükafatına Türkiyə yığması layiq görülüb. Fəhmin Muradbəyli (Azərbaycan) "Ən yaxşı oyunçu" nominasiyasında AccessBank-dan xüsusi mükafat alıb.

"Oyun mənə çox gözəl təəssürat bəxş etdi. Uşaqlar gözəl oyun nümayiş etdirdilər. Gürcüstan komandasını qələbə, Azərbaycan yığmasını isə gümüş medal qazanması münasibətilə təbrik edirəm və əminəm ki, gələcəkdə biz hər bir komandanın oyunçularının daha böyük nailiyyətlərinin şahidi olacağıq", - AccessBank-ın baş meneceri Andrev Pospilovski turnirin nəticələrini şərh edərək deyib.

2010-cu ilin aprel ayından etibarən "AccessBank" AFFA-nın və Azərbaycan milli futbol komandalarının, o cümlədən qadın yığma komandalarının, futzal üzrə yığma komandaların, çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının, eləcə də gənclər yığma komandalarının sponsorudur. Bank AFFA-nın Azərbaycan futbolunun inkişafına yönəldilmiş fəaliyyətini dəstəkləyərək idmanın inkişafına və sağlam həyat tərzinə öz töhfəsini verir.

Xəbər lenti

Xəbər lenti