...

Azərbaycan akrobatları Dünya Kubokunda dördüncü yeri tutublar

İdman Materials 6 İyun 2012 15:46 (UTC +04:00)
Azərbaycan akrobatlarə Afaq Məhərrəmli-Pərizad Quliyeva cütlüyü Almaniyada keçirilən Dünya Kuboku mərhələsində dördüncü yeri tutublar.
Azərbaycan akrobatları Dünya Kubokunda dördüncü yeri tutublar

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan akrobatlarə Afaq Məhərrəmli-Pərizad Quliyeva cütlüyü Almaniyada keçirilən Dünya Kuboku mərhələsində dördüncü yeri tutublar.

Təsnifat tapşırıqlarının yerinə yetirilməsindən sonra azərbaycanlı cütlük fəxri kürsüyə ən yaxın yeri tutub. Fəndlərdə və musiqi taktına düşməmək kimi kiçik səhvlərə baxmayaraq, balans və temp kombinasiyalarının nümayişi zamanı Bakı gimnastika məktəbinin yetirmələri Dünya Kubokunun finalına çıxa biliblər. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Lakin həlledici kombinə olunmuş hərəkətləri yerinə yetirərkən qızlar yıxılmaqdan qaça bilməyiblər. Bununla da onlar iki Rusiya və bir Belarus cütlüyündən sonra mükafatlardan kənarda qalıblar.

Məşqçi İradə Qurbanovanın sözlərinə görə, qızlar hələ özlərini bu yay göstərə biləcəklər. Belə ki, iyunun ortalarındxa onların Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə iştirakı gözlənilir, avqustda isə Böyük Novqorodda Dünya Kuboku mərhələsində çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti