...

Azərbaycan avarçəkəninin London Olimpiadasından öncə son sınağı

İdman Materials 4 İyul 2012 19:53 (UTC +04:00)
İyulun 11-də Litvanın Trakay şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. 5 gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı Aleksandr Aleksandrov təmsil edəcək.
Azərbaycan avarçəkəninin London Olimpiadasından öncə son sınağı

Azərbaycan, Bakı, 4 iyul /Trend/

İyulun 11-də Litvanın Trakay şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. 5 gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı Aleksandr Aleksandrov təmsil edəcək.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, 22 yaşlı avarçəkənimiz 1 nəfərlik qayıqla (BM1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Belə qayıq tipində onun 27 rəqibi olacaq.

Təmsilçimiz çempionata milli komandamızın məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında yollanacaq. Bu, Aleksandrovun 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi son sınağı olacaq.

Proqrama əsasən, avarçəkənimiz mübarizəyə iyulun 12-də başlayacaq. Ertəsi gün ¼ final və təsəlli yürüşləri olacaq. Yarımfinallar iyulun 14-də, final yürüşü isə iyulun 15-də keçiriləcək.

Qeyd edək ki, Aleksandr Aleksandrov 2010-cu ildə Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.

Xəbər lenti

Xəbər lenti