...

Azərbaycanın gənc taekvondoçuları beynəlxalq yarışlarda 12 medal qazanıblar (FOTO)

İdman Materials 11 İyul 2012 16:31 (UTC +04:00)
Azərbaycanın gənc taekvondoçuları ötən günlərdə qonşu ölkələrdə təlim-məşq toplanışlarında və beynəlxalq yarışlarda iştirak ediblər.
Azərbaycanın gənc taekvondoçuları beynəlxalq yarışlarda 12 medal qazanıblar (FOTO)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycanın gənc taekvondoçuları ötən günlərdə qonşu ölkələrdə təlim-məşq toplanışlarında və beynəlxalq yarışlarda iştirak ediblər. Azərbaycan Taekvondo Federasiyasının məşqçisi, beynəlxalq dərəcəli hakim Etibar İbrahimov rəhbərliyi ilə "Neftçi" İSM-in yetirmələri Türkiyədəki yarışı 3 medalla başa vurublar.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Akşehirdə 58 komandanın tərkibində 500-ə yaxın idmançının iştirak etdiyi turnirdə Nərminə (49 kq) və Təranə Məmmədova (55 kq) bacıları qızıl medala, Samir Novruzov (55 kq) isə gümüş mükafata sahib olub. Bu nəticə ilə komanda hesabında 3-cü yeri tutan idmançılarımız daha sonra İrana yollanıblar.

Gənc taekvondoçularımız iyulun əvvəlində Ərdəbildə təlim-məşqlərin ardından növbəti yarışda da yüksək pillələrə layiq olublar. Meşgində, İranın 25-dək yerli komandası ilə birgə yarışda Vladislav Subbotin (74 kq) və Anar Aslanov (37 kq) çempion olublar. Samir Şirinov (80 kq), Qafur Məmmədov (54 kq), Elçin Əliyev (68 kq) və Anar Mehdiyev (45kq) ikinci yeri, Samir Novruzov (54 kq) isə üçüncü pilləni tutub.

Bundan başqa, Rusiya Federasiyasının Saxa Respublikasında (Yakutiya) "Asiya Uşaqları" V Beynəlxalq İdman Oyunlarında olimpiya çəkiləri üzrə yarışa qatılan gənc taekvondoçularımızdan iki nəfəri də mübarizəni medalla başa vurub. Babək Əjdərli (48 kq) və Yusif Hüseynli yalnız finalda məğlub olaraq gümüş medala sahib olublar.

Xəbər lenti

Xəbər lenti