...

AFFA Milli Mətbuat Günü ərəfəsində jurnalistləri təbrik edib (FOTO)

İdman Materials 17 İyul 2012 20:30 (UTC +04:00)
Bu gün AFFA-nın inzibati binasında Milli Mətbuat Günü ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.
AFFA Milli Mətbuat Günü ərəfəsində jurnalistləri təbrik edib (FOTO)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir M.Əliyev/

Bu gün AFFA-nın inzibati binasında Milli Mətbuat Günü ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirdə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Assosiasiya prezidenti Rövnəq Abdullayevin adından mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Nərimanoğlu bildirib ki, jurnalistlərin beynəlxalq oyunlarda fəaliyyətini gücləndirmək məqsədilə AFFA rəhbərliyi assosiasiyanın vəsaiti hesabına mətbuat nümayəndələrinin ingilis dili kurslarında iştirakını təklif edib. Təklif tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Tədbirin sonunda juranlistlərə AFFA-nın hədiyyələri təqdim olunub.

Xəbər lenti

Xəbər lenti