...

London olimpiadasında Azərbaycan avarçəkənləri yarımfinala yüksəldilər (ƏLAVƏ OLUNUB)

İdman Materials 31 İyul 2012 16:22 (UTC +04:00)
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) 1/4 final mərhələsində mübarizəyə qoşulub.
London olimpiadasında Azərbaycan avarçəkənləri yarımfinala yüksəldilər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) 1/4 final mərhələsində mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, 22 yaşlı avarçəkənimiz Anderson Nosetti (Braziliya), Marsel Haker (Almaniya), Alan Kampbell (Böyük Britaniya), Patrik Lologer Salas (Meksika) və Donqyonq Kimlə (Cənubi Koreya) II qrupda mübarizə aparıb.

Avarçəkənimiz 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda 6 dəqiqə 56 saniyə nəticə göstərərək üçüncü yeri tutub. Bununla da Aleksandrov 1/2 final mərhələsinə yüksəlib. Müvafiq olaraq, birinci yerə Böyük Britaniya, ikinci yerə isə Almaniya idmançıları çıxıblar.

Bu gün digər akademik avarçəkənimiz Nataliya Mustafayeva da qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışıb.

Nataliyanın rəqibləri Haruna Sakakibara (Yaponiya), Yeji Kim (Cənubi Koreya), Yekaterina Karsten (Belarus), Fie Udbi Eriksen (Danimarka) və Kissya da Kosta (Braziliya) olublar.

Mustafayeva 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda 8 dəqiqə nəticə göstərərək üçüncü yeri tutub. Beləliklə, qadın avarçəkənimiz də 1/2 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, hər 2 yarışda yürüş nəticəsində qrupda ilk 3 yeri tutanlar yarımfinala, digərləri isə təsəlli yürüşünə vəsiqə qazanıblar.

Xəbər lenti

Xəbər lenti