...

Azərbaycan boksçusu London olimpiadasına parlaq qələbə ilə başladı

İdman Materials 1 Avqust 2012 19:42 (UTC +04:00)
Bu gün London Olimpiadasında Azərbaycan boksçularından ilk olaraq Məhəmmədrəsul Məcidov 1/8 final mərhələsində mübarizəyə başlayıb.
Azərbaycan boksçusu London olimpiadasına parlaq qələbə ilə başladı

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Bu gün London Olimpiadasında Azərbaycan boksçularından ilk olaraq Məhəmmədrəsul Məcidov 1/8 final mərhələsində mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, ən ağır çəkili (91 kq) idmançımız olan Məcidov konqolu Meji Muanba ilə qarşılaşıb.

Birinci hissədə 8:1 hesabı ilə önə çıxan təmsilçimiz ikinci hissədə rəqibini iki dəfə nokdaun vəziyyətinə saldığı üçün görüş vaxtından əvvəl boksçumuzun xeyrinə başa çatıb.

Məcidovun 1/4 finalda rəqibi Maqomed Omarov (Rusiya) qalibi olacaq.

Xəbər lenti

Xəbər lenti