Azərbaycan, Bakı, 7 avqust /Trend/
Bu gün XXX London Yay Olimpiya Oyunlarında daha bir atletimiz mübarizəyə qoşulub.
Trend-in məlumatına görə, 5000 metr məsafəyə qaçışda ölkəmizi təmsil edən Layeş Abdullayeva II qrupda çıxış edib.
Abdullayevanın finala vəsiqə qazanması üçün qrupda ilk beş yerdən birini tutması lazım idi, lakin atletimiz bunu bacarmayıb.
Məsafəni 15:45.69 göstərici ilə qət edən təmsilçimiz ümumi nəticədə 32-ci olub.