...

Velosiped idmanı üzrə Azərbaycan çempionatı başa çatıb

İdman Materials 4 Sentyabr 2012 11:38 (UTC +04:00)
Velosipedçilərin çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçirilib. Yürüşdə müxtəlif yaş qruplarından olan 41 idmançı fərdi və qrup şəklində iştirak ediblər. Yarış 4 mərhələdə keçirilib.
Velosiped idmanı üzrə Azərbaycan çempionatı başa çatıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Velosipedçilərin çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçirilib. Yürüşdə müxtəlif yaş qruplarından olan 41 idmançı fərdi və qrup şəklində iştirak ediblər. Yarış 4 mərhələdə keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, çempionatın birinci mərhələsində velosipedçilər Xudat-Nabran-Yalama marşrutu ilə 120 kilometr məsafə qət ediblər. Növbəti mərhələlərdə qrup yarışları Quba-Xudat-Qusar-Quba marşrutu üzrə keçirilib. Sonuncu mərhələdə Quba şəhəri və rayonun İspik kəndi arasında fərdi ötüşmə təşkil olunub. Ümumilikdə, velosipedçilər 500 kilometrə yaxın məsafə qət ediblər.

Azərbaycan çempionatının ümumi nəticəsinə görə, U23/elit yaş qrupunda 1-ci yeri Ruslan Mustafayev, 2-ci yeri Elmar İsmayılov, 3-cü yeri Akif Abdullayev tutublar.

U17-lərin yarışında 1-ci yeri Ceyhun İlyasov, 2-ci yeri Ruslan Həsənov, 3-cü yeri Elgün Əlizadə, U15-lərin yarışışında isə 1-ci yeri Maksim Naperstkov, 2-ci yeri Zahid Əliyev, 3-cü yeri Tural Xanməmmədov tutublar.

Qeyd edək ki, bu yaxınlarda velosipedçilərimizdən ibarət milli komandamız Niderlandda təşkil olunan 48-ci Avropa Velosiped Turunda və Avropa çempionatında çıxış ediblər. Azərbaycan milli komandasının üzvü Nicat Niftaliyev Avropa Velosiped Turunda Kriterium yarışında 3-cü yeri tutub və medalla təltif edilib.

Bundan başqa, milli komandamızın üzvləri Elçin Əsədov, Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk dəfə olaraq, velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanıb. 16-24 sentyabr tarixlərində Niderlandda keçiriləcək DÇ-də Əsədov həm qrup ötüşməsində, həm də fərdi ötüşmədə bəxtini sınayacaq. Onun komanda yoldaşı Tural İsgəndərov isə 19-23 yaş kateqoriyasında fərdi ötüşmədə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti