...

Berti Foqts: Azərbaycan futbolçuları əsl xarakter nümayiş etdirdilər

İdman Materials 8 Sentyabr 2012 01:08 (UTC +04:00)
Azərbaycan futbolçuları əsl xarakter nümayiş etdirdilər. Trend-in məlumatına görə, bunu cümə günü DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsraillə keçirilən oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bildirib.
Berti Foqts: Azərbaycan futbolçuları əsl xarakter nümayiş etdirdilər

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan futbolçuları əsl xarakter nümayiş etdirdilər. Trend-in məlumatına görə, bunu cümə günü DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsraillə keçirilən oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bildirib.

"Yeni seçmə mərhələdəki ilk oyunumuzu yeni stadionda, yeni ot örtüyü üzərində keçirdik. Komandamı ancaq tərifləyə bilərəm, onlar qol buraxdıqdan sonra məğlubiyyətdən qaçdılar, əsl xarakter nümayiş etdirdilər", - o deyib.

Foqts yaxşı oyunla qələbə qazana bilməməyə təəssüfünü bildirib.

"Oyundan əvvəl səhvə yol verməsək qələbə qazanacağıq demişdim. Sabahki məşqdə bu oyunu analiz edəcərək səhvlərimizə baxacağıq",- o deyib.

Millinin qapıçısı Kamran Ağayevin səhvi barədə suala cavab verən məşqçi bildirib ki, hər kəs səhv buraxa bilər. "Biz Kamrana inanmalıyıq. O millinin qapısında çox yaxşı dayanır", - o deyib.

Foqts ikinci hissədə əvəzetmə ilə meydana buraxılan futbolçuları xüsusi qeyd edib. Onun sözlərinə görə, sonradan daxil olan hər üç futbolçu komandanın oyununa müsbət təsir göstərdi.

Xəbər lenti

Xəbər lenti