...

Otüstü hokkey üzrə ölkə çempionatının II dövrəsi başlanır

İdman Materials 17 Sentyabr 2012 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Sentyabrın 22-də otüstü hokkey üzrə XI Azərbaycan çempionatının II dövrəsi start götürəcək.

Trend-in Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkə birinciliyində kişi otüstü hokkeyçilərdən ibarət 4 klub yüksək dəstədə, 8 komanda isə "A" və "B" qruplarına daxil olmaqla I dəstədə yarışır ki, onların da 4-ü Bakıda, 4-ü isə Masallı Olimpiya idman Kompleksinin stadionunda mübarizə aparacaq.

Xatırladaq ki, yaz-payız sistemi ilə keçirilən həmin turnirlərdə həm birinci dövrədə, həm də ikinci dövrədə rəqiblər bir-biri ilə 2 dəfə qarşılaşırlar. Qadınların Respublika çempionatda isə 6 komanda dairəvi sistemlə bir-biri ilə 1 dəfə görüşürdü. Lakin obyektiv səbəblər üzündən Lənkəranın "Xəzər" klubu II dövrə oyunlarında iştirak etməyəcək və onun rəqiblərinə 5:0 hesablı texniki qələbə veriləcək. İkinci dövrə ərəfəsində yarış cədvəllərindəki vəziyyət belədir:

Yüksək dəstə (kişilər)

Komanda

O Q H M Qollar Xallar
"Akkord" (Bakı) 6 5 1 0 26-7 16
"Atasport" (Bakı) 6 2 3 2 25-10 9
"Şahdağ" (Qusar) 6 2 2 1 23-14 8
"Gənclik" (Sumqayıt) 6 0 0 6 2 - 45 0

Qadınlar

Komanda

O Q H M Qollar Xallar
"Bakı" 5 5 0 0 35 -2 15
"Atasport-2" 5 4 0 1 37-9 12
"Samur" (Qusar) 5 2 0 2 18-14 9
"Sumqayıt" 5 2 0 3 13-14 6
"Şahdağ"(Qusar) 5 1 0 4 6-30 3
"Xəzər" (Lənkəran) 5 0 0 5 0- 40 0

Xəbər lenti

Xəbər lenti