...

Yaponiya və Koreya yığmaları Azərbaycana gəlib (FOTO)

İdman Materials 18 Sentyabr 2012 18:17 (UTC +04:00)
FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların ölkəmizə gəlişi davam edir.
Yaponiya və Koreya yığmaları Azərbaycana gəlib (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların ölkəmizə gəlişi davam edir.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Kanada, Kolumbiya, Çin, Qambiya və Nigeriya milli yığmalarının ardınca bu gün futbol üzrə U-17 qadınlardan ibarət Yaponiya və Koreya Xalq Demokratik Respublikasının milli komandaları da artıq Azərbaycandadır.

Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Qarşılama ənənəsinə sadiq qalaraq, Top Top Qız bu dəfə də qonaqlara gül buketləri təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib. Daha sonra isə qrup şəkli çəkdirən futbol üzrə U-17 qadınlardan ibarət Yaponiya və KXDR milli komandalarının oyunçuları və nümayəndə heyəti kiçik fotosessiyanın ardından qalacaqları hotelə doğru yola düşüblər.

Qeyd edək ki, komanda heyəti bu cür diqqətli və qonaqpərvər qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını nümayiş etdiriblər.

Xəbər lenti

Xəbər lenti