...

Çempionlar Liqası: "Qalatasaray" "Braqa"ya uduzdu, BATE növbəti dəfə tarix yazdı

İdman Materials 3 Oktyabr 2012 01:41 (UTC +04:00)
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində E, F, G və H qruplarında matçlar keçirilib.
Çempionlar Liqası: "Qalatasaray" "Braqa"ya uduzdu, BATE növbəti dəfə tarix yazdı

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində E, F, G və H qruplarında matçlar keçirilib.

Trend-in məlumatına görə, Türkiyənin "Qalatasaray" klubu öz meydanında "Braqanı" qəbul edib. Portuqallar iki cavabsız qolla qələbə qazanıblar. Görüşün 27-ci dəqiqəsində hesabı Mikael açıb. İkinci qolun müəllifi 90-cı dəqiqədə fərqlənən Alan olub.

Digər oyunların nəticələri belədir:

"Nordşelland" - "Çelsi" - 0:4

"Yuventus" - "Şaxtyor" - 1:1

BATE - "Bavariya" - 3:1

"Valensiya" - "Lill" - 2:0

"Benfika" - "Barselona" - 0:2

"Spartak" - "Seltik" - 2:3

"Qalatasaray"- "Braqa" - 0:2

ÇFR - "Mançester Yunayted" - 1:2

Xəbər lenti

Xəbər lenti