...

2012/2013-cü il Azərbaycan kuboku uğrunda yarışda 21 komanda iştirak edəcək

İdman Materials 11 Oktyabr 2012 15:47 (UTC +04:00)
Həmin komandalar bunlardır: “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Bakı”, “Qəbələ”, AZAL, “Rəvan”, “Kəpəz”, “Simurq”, “Turan”, “Sumqayıt”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Bakılı”, “Lokomotiv”, “Tərəqqi”, “Şuşa”, MOİK, “Ağsu”, “Qala”
2012/2013-cü il Azərbaycan kuboku uğrunda yarışda 21 komanda iştirak edəcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

2012/2013-cü il Azərbaycan kuboku uğrunda yarışda 21 komanda iştirak edəcək.

Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlardan 12-si Premyer Liqanı, qalan 9-u isə I Divizionu təmsil edir.

Həmin komandalar bunlardır: "Neftçi", "Xəzər Lənkəran", "İnter", "Qarabağ", "Bakı", "Qəbələ", AZAL, "Rəvan", "Kəpəz", "Simurq", "Turan", "Sumqayıt", "Qaradağ Lökbatan", "Neftçala", "Bakılı", "Lokomotiv", "Tərəqqi", "Şuşa", MOİK, "Ağsu", "Qala".

Əsasnaməyə uyğun olaraq Azərbaycan kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyən edəcək. 1/4 final mərhələsinindən başlayaraq isə cütün qalibi ev və səfər oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.

Qeyd edək ki, 2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi sabah keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti