...

Azərbaycan yığmasının oyunları təxirə salındı

İdman Materials 29 Oktyabr 2012 15:46 (UTC +04:00)
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının bu gün Avstriya komandası, oktyabrın 31-də isə İsveç yığması ilə keçirməli olduğu oyunlar hava şəraiti ilə bağlı təxirə salınıb.
Azərbaycan yığmasının oyunları təxirə salındı

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının bu gün Avstriya komandası, oktyabrın 31-də isə İsveç yığması ilə keçirməli olduğu oyunlar hava şəraiti ilə bağlı təxirə salınıb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Avstriya - Azərbaycan oyunu oktyabrın 30-da, İsveç - Azərbaycan qarşılaşması isə noyabrın 1-də keçiriləcək. Oyunların başlanma vaxtında dəyişiklik edilməyib.

Yığmamızın qrupda ilk oyunu Bakı vaxtı ilə saat 18:00-da, növbəti qarşılaşma isə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, yığmamızın çıxış edəcəyi 6-cı qrupun oyunları Avstriyada təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti