...

Maradona İngiltərə klubunun baş məşqçisi ola bilər

İdman Materials 30 Oktyabr 2012 15:38 (UTC +04:00)
Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona İngiltərənin "Blekbern" klubunun baş məşqçisi ola bilər.
Maradona İngiltərə klubunun baş məşqçisi ola bilər

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona İngiltərənin "Blekbern" klubunun baş məşqçisi ola bilər.

Trend-in xarici KİV-ə istinadən yaydığı məlumata görə, argentinalı mütəxəssis hazırda İngiltərə təmsilçisi ilə danışıqlar aparır.

"Blekbern"in baş məşqçisi Stiv Kin komandanı tərk etdikdən sonra bu vəzifə boş qalıb.

Qeyd edək ki, Maradonanın son iş yeri BƏƏ-nin "əl-Vəsl" komandası olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti