...

Millimiz Xorvatiya yığmasını darmadağın etdi

İdman Materials 3 Noyabr 2012 15:47 (UTC +04:00)
Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması son oyununu keçirib.
Millimiz Xorvatiya yığmasını darmadağın etdi

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması son oyununu keçirib.

Trend-in məlumatına görə, komandamız bu dəfə Xorvatiya millisi ilə qarşılaşıb. Matçda ilk qol millimizdən gəlib - 2-ci dəqiqədə Süsən Mənsimova fərqlənib. Daha sonra ard-arda rəqib qapısından 5 top keçirən qızlarımız yekunda 6:0 hesabı ilə qələbə qazanıblar.

Yığmamızın heyətində Nigar Cəlilli, Aysun Əliyeva, Şəfəq Nəsirova, Aytac Şərifova (penaltidən) və Melis Sarıaltın (penaltidən) fərqləniblər.

Qeyd edək ki, millimiz ilk oyununda Avstriyaya 1:4, İsveç yığmasına isə 1:7 hesabı ilə məğlub olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti