...

Azərbaycan boksçuları Qazaxıstandan 8 medalla qayıdırlar

İdman Materials 19 Noyabr 2012 20:48 (UTC +04:00)
Qazaxıstanın Karaqanda şəhərində yeniyetmələr arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan boksçuları Qazaxıstandan 8 medalla qayıdırlar

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Qazaxıstanın Karaqanda şəhərində yeniyetmələr arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, komandamız yarışda 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb. 57 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl Hüseynov bütün görüşlərdə qalib gələrək 1-ci yerə layiq görülüb.

Ümüd Rüstəmov (46 kq) və Ağasif Eyniyev (48 kq) yalnız finalda uduzaraq 2-ci yeri tutublar. Mirağa İsmayılov (52 kq), Pərviz Mirzəzadə (60 kq), Rövşən Musayev (66 kq), Şükran Mehdiyev (80 kq) və Fərid Əliyev (80+kq) 3-cü yerlə kifayətləniblər.

Ağasif Eyniyev həmçinin "Qələbə əzminə görə" mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti