...

Türkiyə Olimpiya Oyunlarının İstanbulda keçirilməsi üçün ərizə verib

İdman Materials 7 Yanvar 2013 16:02 (UTC +04:00)
Türkiyə 2020-ci il Yay Olimpiya və Paralimpiya oyunlarının İstanbulda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) ərizə ilə müraciət edib.
Türkiyə Olimpiya Oyunlarının İstanbulda keçirilməsi üçün ərizə verib

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə 2020-ci il Yay Olimpiya və Paralimpiya oyunlarının İstanbulda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) ərizə ilə müraciət edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Yeni Şəfəq" onlayn qəzeti xəbər yayıb.

Ərizənin verilməsi üçün İstanbulun meri Qadir Topbaş, Türkiyənin Olimpiya Komitəsi rəhbərinin müavini Həsən Arat və ölkənin idman və gənclər nazirinin müavini Yavuz Çelikdən ibarət nümayəndə heyəti "Olimpiya oyunlarının paytaxtı" Lozannaya yola düşüb.

İstanbul 2020-ci ildə Olimpiya oyunlarının keçiriləcəyi yer seçilərsə, şəhərdə daha 25 idman obyekti tikiləcək.

Qəzet İstanbulda artıq 11 idman obyektinin olduğunu bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti