...

Yaponiyanın futbol üzrə yığması Bakıya gəlir

İdman Materials 10 Yanvar 2013 13:25 (UTC +04:00)
Bu il may-iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək.
Yaponiyanın futbol üzrə yığması Bakıya gəlir

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Bu il may-iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq təşkilati işlərə başlanılıb. Turnirdə iştirakla bağlı Yaponiya Futbol Assosiasiyasından AFFA-ya təsdiq məktubu göndərilib.

II Caspian Cup turnirində də iştirak edən Asiya təmsilçisi turnirin səviyyəsindən və təşkilati işlərdən razı qaldığına görə bu il də turnirdə iştirak etmək barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti