...

Azərbaycan taekvandoçuları beynəlxalq reytinq xalı qazandıracaq turnirdə iştirak edəcəklər

İdman Materials 4 Mart 2013 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanın böyüklərdən ibarət taekvando milli komandası daha bir nüfuzlu yarışa, "German Open" turnirinə yollanır.

Azərbaycan Taekvando Federasiyasının (ATF) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Almaniyanın açıq çempionatına 18 idmançı qatılacaq.

Martın 8-10-da Hamburqda keçiriləcək və "A" kateoriyasından olan yarışda iştirak edəcək kişilərdən ibarət komandanın heyətinə Samir Aydınov (54 kq), Samir Cavadlı (58 kq), Ramik Nəzərov (63 kq), Səbuhi İsmayılzadə (63 kq), Hüseyn Mehrəliyev (68 kq), Fariz Əliyev (68 kq), İlkin Şahbazov (74 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Bayraməli Vəliyev (87 kq), Fərid Tağızadə (87 kq) cəlb ediliblər.

Qadınlardan ibarət komandada isə Xəyalə Quliyeva (46 kq), Nübar Hacıyeva (49 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq),Fəridə Əzizova (67 kq) təmsil olunacaqlar.

Hazırda taekvandoçular yarışa son hazırlıqlarını milli komandamızın baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyevin, böyük məşqçi və qadınların baş məşqçisi Gündüz Abdullayev, eləcə də kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanovun rəhbərliyi ilə ATF-in təlim-məşq zalında keçirirlər.

Qeyd edək ki, qarşıdakı yarış mükafatçılara beynəlxalq reytinq xallarını artırmaq imkanı verəcək. Milli komandamızın Almaniyaya səfəri martın 7-12-si tarixlərinə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti