Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Tanrıverdiyev/
Argentinada dünyanın ən yaxşı futbol oyunçusu, milli komandanın və İspaniyanın "Barselona" klubunun üzvü Lionel Messinin şərəfinə muzey açılacaq. Trend-in məlumata görə, bu barədə cümə günü Messinin doğulduğu Rosario şəhərinin meri Monika Feynin çıxışına istinadən "İTAR-TASS" agentliyi xəbər yayıb.
Muzeydə idmançının qohumları tərəfindən təqdim ediləcək şəxsi əşyaları və onun qazandığı mükafatların dəqiq sürəti sərgilənəcək. İki ildən sonra ziyarətçilər üçün açılacaq muzey futbolçunun böyüdüyü yerə yaxın, keçmiş hərbi kompleksin yerində tikiləcək.