...

AFFA rəhbərliyi qərb bölgəsində futbolun vəziyyəti ilə tanış olub (FOTO)

İdman Materials 17 May 2013 14:50 (UTC +04:00)
AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən, baş katib Elxan Məmmədov və Regonal Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov qərb bölgəsinə səfər edib.
AFFA rəhbərliyi qərb bölgəsində futbolun vəziyyəti ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend/

AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən, baş katib Elxan Məmmədov və Regonal Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov qərb bölgəsinə səfər edib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlcə Tovuz şəhər stadionunda Tovuz, Qazax və Ağstafa rayonlarının futbol ictimaiyyəti, "Turan" klubunun rəhbərliyi və azarkeşlərlə görüş keçirilib.

Assosiasiya nümayəndələri AFFA tərəfindən Tovuz rayon stadionunda süni örtüyün quraşdırılması ilə bağlı görülən işlərlə tanış olublar.

Sonra Gəncə şəhərinə gələn assosiasiya rəsmiləri şəhərin futbol ictimaiyyətinin nümayəndələri, veteran futbolçularla görüşüblər. Görüşlərdə bölgədə futbolun inkişafı, infrastrukturun müasir səviyyəyə çatdırılması, uşaq futboluna daha böyük diqqətlə yanaşılması məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti