...

“Cim-Bom”un prezidenti istefa verdi

İdman Materials 25 May 2013 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İzzət/

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Ünal Aysal istefa verib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, buna klubun İdarə Heyətinin iyunun 22-də keçirəcəyi növbədənkənar seçkilər səbəb olub.

Ünal Aysalın istefa verməsindən sonra bütün vəzifələrə yenidən seçimlər olacaq. İstefa qərarından sonra açıqlama verən Aysal prosedurun düzgün getməsi üçün bu addımı atdığını deyib:

"Mənim kimi klubun bütün rəhbərliyi istefa verib. İyunun 22-də yenidən seçkilər olacaq və namizədliyimi yenidən irəli sürəcəm".

Qeyd edək ki, Aysal yeni president seçiləcəyi təqdirdə kluba 3 il rəhbərlik edə biləcək. Klubun idarə heyətinin növbədənkənar seçkilərinə qədər isə kluba Əli Dürüst rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti