...

Altay Həsənov: Azərbaycan gimnastları Avropa çempionatında məqsədlərinə çatdılar

İdman Materials 3 İyun 2013 19:16 (UTC +04:00)
Azərbaycan gimnastları Vyanada keçirilən bədii gimnastika üzrə 29-cu Avropa çempionatında məqsədlərinə çatdılar. Trend-in məlumatına görə, bunu bazar ertəsi yarışdan qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib:
Altay Həsənov: Azərbaycan gimnastları Avropa çempionatında məqsədlərinə çatdılar

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan gimnastları Vyanada keçirilən bədii gimnastika üzrə 29-cu Avropa çempionatında məqsədlərinə çatdılar. Trend-in məlumatına görə, bunu bazar ertəsi yarışdan qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib:

"Biz bu çempionata hazırlaşanda müəyyən məqsədlərimiz, vəzifələrimiz var idi və indi artıq deyə bilərəm ki, biz bu məqsədlərimizə çatdıq. Qızlarımız gümüş medalları qazandılar".

Altay Həsənovun sözlərinə görə, Avropa çempionatında böyük rəqabət, çətinlik var idi: "Rusiya yığmasından sonra Azərbaycan gimnastları ikinci oldu. Bu, böyük nailiyyətdir. Bədii gimnastikanı başa düşən adamlar bilir ki, Azərbaycan gimnastları necə yüksək səviyyəyə qalxıblar".

Gimnastlar Marina Durunda və Lalə Yusifovanın çıxışlarına gəlincə, vitse-prezident bildirib ki, bu qızlar yeniyetmə idilər, artıq bu ildən böyük formatlı çıxışlara keçiblər: "Çünki Olimpiya dövrəsindən sonra Aliyə Qarayeva artıq idmanı tərk edib, çıxış etmir və bu qızlar onun yerini tutublar. Biz qitədə dördüncü yerdə idik, dördüncü yerdə də qaldıq. Yəni biz öz mövqeyimizi itirmədik, daha da möhkəmləndirdik. Bu da böyük nailiyyətdir, ona görə də başda Gimnastika Federasiyanın rəhbəri Mehriban Əliyeva olmaqla, bütün sıravi işçiləri təbrik edirəm. Hər kəsin əməyi böyükdür. Bütün idman həvəskarlarını təbrik edirəm".

Gələn il Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı sualı cavablandırarkən Altay Həsənov bildirib ki, Azərbaycanın artıq bu sahədə təcrübəsi var: "Ümumiyyətlə, Azərbaycan həm beynəlxalq turnirlərin təşkilində, həm mədəniyyət sahəsində, həm də idman sahəsində çox böyük təcrübə toplayıb. Buna görə də Avropa Gimnastika İttifaqının rəhbərliyi deyir ki, Azərbaycanda yarış yaxşı, uğurlu keçəcək, çünki bilirlər ki, biz bunu bacarırıq. Bakıda artıq Təşkilat Komitəsi yaradılıb və ilk iclasımız da keçirilib. Biz hazırlaşırıq ki, Avropa çempionatını yüksək səviyyədə keçirək və gələn il Bakıda nailiyyətlərimiz də olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti